10 oktyabr 2014 01:35

Elnur Məmmədov: Neftçi azarkeşləri Bakcell Arenanı doldursa, mərkəzi arena barədə düşünərik

"Neftçi"nin yeni vitse-prezidenti Elnur Məmmədovun azerisport.az saytına müsahibəsi

- İlk növbədə yeni iş yerinizdəki planlarınızı öyrənmək istərdik...
- 2009-cu ildən futboldayam. Amma klubda çalışmamışdım. Heç kimə sirr deyil ki, bu klub Azərbaycan futbolunda çox işlər görüb. Əsas hədəfim azarkeşlərlə işbirliyidi. Onları stadiona qaytarmaq istəyirik. Futbol ictimaiyyəti, veteranlarla işləyəcəyik. Mətbuatla da bağlı öz strategiyamız var.

- Bəs oyun planında?
- Komandada yaxşı atmosfer var. "Neftçi"nin "Qaradağ Lökbatan"la yoxlama oyununu izlədim. Ayın 10-da isə "Bakı" ilə sınaq görüşümüz var. Tədricən yerli futbolçulara üstünlük vermək istəyirik. Məsələn, Bruno Bertuççinin gedişi klubumuz üçün nə dərəcədə itki olsa da, əvəzində yerli futbolçulara yol açılmış oldu. Kim layiqdisə, onlar da həmin mövqedə çıxış edəcək. U-19, U-17 və U-15 komandalarımızın da oyununda oldum. Aşağı yaş qruplarımızda da düzgün iş aparıldığını deyə bilərəm.

- Bəs baş məşqçi Arif Əsədov barədə nə düşünürsüz?
- Bu yaxınlarda o da mətbuata müsahibəsində gənc futbolçulara üstünlük verəcəyini açıqlayıb.

- Razısız ki, bu, "Neftçi"ni növbəti mövsümdə avrokuboklardan kənar qoya bilər?
- Biz bu prosesi bir aya həyata keçirməyəcəyik. Dediyim kimi, hər şey tədricən olacaq.

- "Neftçi"nin yenidən ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməsi mümkündü?
- Azarkeşlərimiz 11 minlik "Bakcell Arena"nı tam doldursa, əlavə yerə ehtiyacımız olsa, o zaman mərkəzi arenaya müraciət etməyimiz müzakirə mövzusu ola bilər.

- Maliyyə baxımından hansı işlər görməyi düşünürsüz?
- Marketinq işləri ilə də məşğul olmalıyıq. "Neftçi" bir brenddi. İlk növbədə uşaqlarını futbola gətirən valideynlərlə düzgün iş qurulmalıdı. Bu barədə idman direktorumuzla da söhbətimiz olub.

- Sizin gəlişinizdən sonra AFFA-dan "Neftçi"yə daha bir "transfer" oldu: Asif Əliyev. Belə görünür ki, bu klub tədricən federasiyanın kadrlarından ibarət olacaq...
- Bu, Sadıq Sadıqovun qərarıdı. O, bu sahədə təcrübəsi olan şəxslərə güvənmək istəyir. Məncə, AFFA-da çalışmış kadrların xidmətindən yararlanmaq hər bir klubumuza faydalı ola bilər. Asif Əliyev də bizə faydalı olacaq.

- Sizin klub prezidentinin oğlunun bazaya gəlməsinə qadağa qoyduğunuza dair xəbərlər nə dərəcədə doğrudu?
- Bu, həqiqəti əks etdirmir. Mətbuatın futbolun inkişafında rolu böyükdü. Amma, bu, düzgün yönləndirilməlidi. Baş məşqçi komandaya cavabdeh olduğu kimi, belə xəbərlərə də mətbuat xidməti cavabdehlik daşımalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.