10 oktyabr 2014 01:20
Andrea Pirlo: Azərbaycanla oyun mənim üçün vacibdi
Futbol üzrə İtaliya yığmasının təcrübəli futbolçusu Andrea Pirlo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Konte yığmanın baş məşqçisi təyin olunan kimi onunla söhbətim oldu. O, məni yığmaya dəvət etdi. Mənim üçün Azərbaycanla oyun vacib olacaq. Bizə qarşıdakı iki oyunda qələbə qazanmaq və 6 xal toplamaq lazımdı. Azərbaycan və Malta ilə görüşlərdə qələbə bizim üçün vacibdi".
