10 oktyabr 2014 01:10
Antonio Konte: Azərbaycan ilə oyuna əsas heyəti müəyyənləşdirmişəm
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi əsas heyəti müəyyənləşdirdiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandanın durumu xoşuma gəlir. Qarşıda bizi çətin bir oyun gözlədiyi şübhəsizdi. Prinsipcə, əsas heyəti müəyyənləşdirmişəm. Sual doğuran yeganə məqam yarımmüdafiənin cinahları ilə bağlıdı".
