10 oktyabr 2014 01:00
İtaliya Azərbaycanla oyun öncəsi iki futbolçusunu itirdi
Futbol üzrə İtaliya yığması daha iki futbolçusunun xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızı qonaq edəcək rəqibin düşərgəsində "İnter"in hücumçusu Pablo Osvaldo, eləcə də Fransa PSJ-sində çıxış edən Tyaqo Motta sıradan çıxıb.
Hər iki futbolçu millinin son məşqlərindən birində zədələnib və yığmamıza qarşı forma geyə bilməyəcəklər.
