10 oktyabr 2014 00:50
Elxan Məmmədov: Joze Alesionun gedişi mənim üçün əsl şok oldu
AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə Azərbaycan yığmasının və "Araz" klubunun baş məşqçisi Joze Alesionun qəfil gedişinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"O, qeyri-peşəkar addım atdı. Halbuki, biz bu mütəxəssisi əsl peşəkar kimi tanıyırdıq. Şəxsən mənim üçün onun bu addımı əsl şok oldu. İtaliya və Xorvatiya ilə oyunlardan sonra bununla bağlı UEFA və FİFA-ya rəsmi müraciət göndərəcəyik".
