10 oktyabr 2014 00:30
Antonio Konte: Azərbaycan millisi barədə kifayət qədər məlumatımız var
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əlbəttə, biz rəqibi analiz etmişik. Onların Rusiya ilə yoxlama oyununa da baxmışıq. Bizim Azərbaycan yığması barədə kifayət qədər məlumatımız var".
