10 oktyabr 2014 00:10

Yığmamızın İtaliya sınağı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki ikinci oyununda İtaliyanın qonağı olacaq.

Qeyd edək ki, İtaliya Azərbaycan yığması üçün tanış rəqibdi. Millimiz bundan əvvəl də sözügedən komanda ilə seçmə mərhələdə eyni qrupda yer alıb. Təəssüf ki, həmin oyunların da statistikası rəqibin xeyrinədi. AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində baş tutan həmin görüşlərdə yığmamız meydanı məğlubiyyətlə tərk etmişdi: Bakıda 0:2, İtaliyada 0:4.

İtaliya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 13-cü yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə - 95-ci pillədə qərarlaşıb. Dünya və Avropa çempionatlarının daimi iştirakçısı olmuş, bu turnirlərin dəfələrlə qalibi adını qazanmış rəqibimiz kifayət qədər güclü rəqibdi.

İtaliya millisinə yerli mütəxəssis Antonio Konte başçılıq edir. 45 yaşlı məşqçi 2014-cü ildən etibarən bu yığmanı çalışdırır. 2006-cı ildən məşqçilik edən mütəxəssis yığmadan öncə "Yuventus", "Bari", "Syena", "Atalanta" kimi klublarda da işləyib.

Göründüyü kimi, yığmamızı seçmə mərhələnin növbəti matçında heç də zəif rəqib gözləmir. Millimiz startda Bolqarıstana evdə məğlub olarkən (1:2), italiyalılar səfərdə Norveçə qalib gəlmişdilər - 2:0. Özündən xeyli zəif rəqiblə qarşılaşmada meydan sahibləri aşkar favoritdilər. Azərbaycan yığmasının Palermoda hətta 1 xal qazanması da böyük sensasiya kimi qiymətləndiriləcək. Baxmayaraq ki, bu, o qədər də inandırıcı görünmür.

İtaliya ilə oyun Azərbaycan millisinin 2014-cü ildə 6-cı oyunu olacaq. Yığmamız bu il ikinci rəsmi oyununa çıxır. Əvvəlki beş qarşılaşmanın biri rəsmi, qalan hamısı yoxlama oyunları çərçivəsində baş tutub. Mart ayında Dubayda Filippinə 1:0 hesabıyla qalib gələn futbolçularımız mayda San-Fransiskoda baş tutan görüşdə ABŞ millisinə 2 cavabsız qolla uduzub. Avqustun 20-də Bakıda baş tutan Özbəkistanla qarşılaşma 0:0 hesabıyla başa çatıb. Sentyabrın 3-də Moskvada keçirilən Rusiya ilə oyunda isə millimiz 0:4 hesablı məğlubiyyətlə üzləşib. Ötən ayın 9-da Bakıda Bolqarıstana qarşı keçirilmiş rəsmi oyunda da millimiz eyni aqibətlə üzləşib - 1:2.
 
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 209-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 114 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 147 qol vurduğumuz halda, öz qapımızdan 354 top çıxarmışıq.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

10 oktyabr

23:45. İtaliya - Azərbaycan
Hakimlər: Hüseyn Göçek, Mustafa Əmrə Eyisoy, Orkun Aktaş, Serkan Ok
Əlavə köməkçi hakimlər: Mete Kalkavan, Hakan Ceylan (Hakimlər briqdası Türkiyədəndi).
Hakim-inspektor: Alan Freland (Şotlandiya).
UEFA nümayəndəsi: Tis Roland (Belçika).
Palermo. “Renzo Barbera” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.