10 oktyabr 2014 00:05
İnter müdafiəçisini itirdi
"İnter"in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç sıradan çıxıb. Azerisport.az xəbər verir ki, o, komandasının Gürcüstan toplanışı çərçivəsindəki son məşqlərin birində zədələnib.
Futbolçu saytımıza açıqlamasında bunları söyləyib: "Zədəm ağır olduğundan Xorvatiyaya qayıtmalı oldum. Hazırda həkim nəzarəti altında müalicəmi davam etdirirəm. Həkimlərin fikrincə, ayyarım məşqedə bilməyəcəm. Əməliyyata ehtiyac yoxdu. Mövsüm yeni başlayıb, belə bir vaxtda əməliyyatın yeri deyil. Maksimum, iki aydan sonra məşqlərə başlayacam, hər şey qaydasına düşəcək".
