9 oktyabr 2014 17:50
Subaşiç: Azərbaycanın xal qazanmaq ehtimalı çox azdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiya ilə oyunları öncəsi millimizin şanslarını dəyərləndrib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanı iki çətin oyun gözləyir. İtaliya və Xorvatiya kimi güclü rəqiblərə qarşı mübarizə aparmaq çox çətindi. Onların güclü heyətləri var. Bu oyunlarda xal qazanmaq ehtimalı çox azdı. Amma təbii ki, oyuna məğlubiyyəti göz önünə alıb çıxmaq olmaz. Əksinə, inamlı çıxış edib, sonadək mübarizə aparmaq lazımdı. Futbolda hər şey olur. Uşaqlara uğurlar arzulayıram".
