9 oktyabr 2014 17:00
Qarabağın yarımmüdafiəçisi millinin yeni kapitanı oldu
Futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasına yeni kapitan seçilib. Azerisport.az xəbər verir ki, hazırda Almaniyada təlim-məşq toplanışında olan U-21-in kapitanı bundan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov olacaq.
Xatırladaq ki, son seçmə mərhələdə gənclər yığmamızın kapitanı Mirhüseyn Seyidovla Tərlan Quliyev idi.
