9 oktyabr 2014 16:35
Vaqif Sadıqov: İtaliya və Xorvatiya ilə oyunlardan ən azı 1 xalla ayrılmağımız vacibdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiyaya qarşı oyunlarımız öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolçularımız bu oyunlarda maksimum güclərini sərf etməlidilər. Komandamız nəyə qadir olduğunu göstərməlidi. Milli pley-off mərhələsinə çıxmaq istəyirsə, buna layiq olduğunu öz oyunu ilə isbatlamalıdı. İtaliya və Xorvatiya ilə oyunlardan ən azı 1 xalla ayrılmağımız vacibdi. Düzdü, son oyunlarımız optimist düşünməyə əsas vermir. Komanda öz simasını itirib. İndi ötən tsiklin sonunda gördüyümüz kollektiv oyundan, qələbə istəyindən əsər-əlamət yoxdu".
