9 oktyabr 2014 16:10

Foqts: 23 yaşlı futbolçu İtaliya qarşısında qorxu hissi ilə çıxacaqsa...

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Palermoda baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- İtaliya gözəl ölkədi, gözəl havası, dənizi var. İtaliya yığmasının Antonio Kontenin rəhbərliyi altında keçirilmiş oyunlarına baxanda bu komandanın səviyyəsinə bir daha əmin oluram. İtaliya futbolunun yaxın dostu kimi, bu ölkə yığmasının son dünya çempionatında qrup mərhələsini adlaya bilməməsinə çox təəssüfləndim. Amma futbolda belə şeylər olur.

- Siz İtaliyaya qarşı həm futbolçu, həm məşqçi kimi mübarizə aparmısız. İtaliya futbolu hansı özəllikləri ilə seçilir?
- Texnikası və qələbə qazanmaq istəyi ilə, taktiki intizamına görə. İtaliya futbolu bu kimi özəlliklərinə görə həmişə fərqlənib.

- Mahir Şükürovla Vaqif Cavadovu yığmaya niyə dəvət etməmisiz?
- Mənə elə gəlir ki, oyun ərəfəsində belə suallar vermək düzgün deyil. Bu suala mütləq cavab verəcəm. Onların fiziki hazırlığı xoşuma gəlmir. Türkiyənin ikinci liqasında çıxış etsələr də, son toplanışda onların daha yaxşı hazırlaşmalarına ehtiyac olduğunu gördüm. Bilirsiz ki, AÇ-2020-nin bəzi oyunları Bakıda keçiriləcək. Biz artıq indidən gənclərə yol açmalı, onlara oynamaq imkanı yaratmalıyıq.

- Frankfurt toplanışı yığmamıza nə qazandırdı?
- Çox şadam ki, Frankfurtda belə bir toplanış keçirə bildik. Ondan öncə "Qarabağ"ın İtaliya "İnter"i ilə oyununa tamaşa etmək imkanım da oldu. Onu deyim ki, hazırda bütün futbolçular formada deyil. Səbəbini bilmirəm. Həmişə demişəm ki, çempionatda uzun fasilələr yaranmamalıdı. İtaliya və Xorvatiya ilə oyunlarda bizə çox çətin olacaq.

- Komandada atmosfer necədi?
- Hamımız kişiyik, 18 yaşdan sonra hər bir şəxs özünü kişi hesab edir. Əgər 23 yaşlı futbolçu İtaliya qarşısına qorxa-qorxa çıxacaqsa, o, əbəs yerə futbolu seçib. Mənim boyum 167 sm-di, gəncliyimdə Matsoleyə qarşı mübarizə aparmışam. Sizcə, mən ondan qorxurdum?

- İmmobile - Zaza hücum cütü barədə nə deyə bilərsiz?
- Antonio Konte çox istedadlı mütəxəssisdi. O, İtaliya futboluna daha çox xeyir gətirə bilər. Onun rəhbərliyi altında yığma daha yaxşı oynamağa başlayıb. Zaza və İmmobileyə gəlincə, texnikalı futbolçulardı, Balotelliyə oxşamırlar. İmmobileni Almaniya çempionatının oyunlarında tez-tez görürəm. Ona uyğunlaşmaq üçün vaxt lazımdı.

- Qarşıdakı iki oyundan neçə xalla ayrılmağı düşünürsüz?
- Biz meydana çıxıb 90 dəqiqə mübarizə aparmalıyıq. Futbolumuzun inkişaf etdiyini göstərməliyik. İtaliya və Xorvatiya kimi rəqiblərə qarşı oynaya bilərik. Amma iddia edə bilmərik ki, qarşıdakı iki oyunda 6 xal qazanmaq üçün mübarizə aparacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.