9 oktyabr 2014 15:00
Kalonas Bakıdan istədiyi pulun məbləğini açıqladı
"Bakı"nın sabiq hücumçusu Mindauqas Kalonas Azərbaycan təmsilçisinin ona nə qədər borclu olduğunu açıqlayıb. Litvalı futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Bakı"nın mənə 5500 dollar borcu var. İndi buna görə şikayət etməyə vaxtım yoxdu. Amma tezliklə bütün sənədlər tam hazır olacaq. Klubun hazırda pulu yoxdu. Ona görə yəqin ki, mənə olan borcu da ödəyə bilməyəcəklər".
