9 oktyabr 2014 14:50
Panatinaikosun oyunçusu Azərbaycanla qarşılaşmaya dəvət aldı
Futbol üzrə Xorvatiya yığmasına yeni futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Azərbaycanla oyunlara hazırlaşan xorvatların baş məşqçisi Niko Kovaç Qordon Şildenfeldi əsas milliyə cəlb edib.
Buna isə Deyan Lovrenin sıradan çıxması səbəb olub. Nəticədə, bu müdafiəçinin əvəzində Yunanıstanın "Panatinaikos" klubunda çıxış edən 29 yaşlı müdafiəçi Şildenfeld yığmaya dəvət olunub.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı oktyabrın 13-də keçiriləcək.
