9 oktyabr 2014 14:40
Qarabağ tam heyətlə hazırlaşa bilmir
"Qarabağ" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq, komandada 3 günlük icazə başa çatıb.
Fərqli millilərə gedən futbolçularla yanaşı Danilo Dias və Çumbinyo da zədə səbəbindən hazırlıqdan kənar düşüb. Belədə baş məşqçi Qurban Qurbanov "Qəbələ" ilə oyunun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.
Qeyd edək ki, Premyer Liqanın 8-ci turunda baş tutacaq "Qarabağ" - "Qəbələ" oyunu oktyabrın 18-də keçiriləcək. (klub saytı)
