9 oktyabr 2014 14:25
Artyom Milevski: Xorvatiya - Azərbaycan matçına baxmaq istəyirəm
Futbol üzrə Ukrayna yığmasının sabiq hücumçusu Artyom Milevski ölkəsinin yığma komandasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Belarusa qarşı oyunun öncəsi fikirlərini açıqlayarkən bəyan edib ki, Azərbaycan millisinin Xorvatiya ilə görüşünü də izləmək istəyir. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Mən yaxşı futbolun tərəfdarıyam. Çox istərdim ki, bizim oyunçulardan heç biri zədə almasın. Mənə elə gəlir ki, oyunun favoriti Ukraynadı. Slovakiyaya məğlubiyyətdən sonra Fomenkonun komandasına ancaq qələbə lazımdı. Bu qarşılaşmaya, həmçinin Xorvatiya - Azərbaycan matçına canlı baxmaq istəyirəm".
