9 oktyabr 2014 14:05
İnter Gürcüstan klubu ilə yoxlama görüşünə çıxacaq
Məlum olduğu kimi, "İnter" hazırda Gürcüstanda təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, sabah "bankirlər" qonşu ölkədəki toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.
Bu oyunda "İnter"in rəqibi yerli "Samtredia" komandası olacaq. Matç yerli vaxtla saat 15.00-da başlayacaq.
Qeyd edək ki, "Samtredia" komandası Gürcüstanın Umaglesi liqasında mübarizə aparır. 8 turdan sonra bu komandanın aktivində 16 xal var və bu nəticə ilə "Samtredia" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
