9 oktyabr 2014 13:15
Marko Materatsi İtaliyanın Azərbaycana qalib gələcəyinə əmindi
Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Marko Materatsi bu komandanın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah qarşılaşacağı Azərbaycanla oyuna qələbə qazanacağına inandığını bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əgər qələbə seriyasının davam etməsini istəyiriksə, bizə Azərbaycanı məğlub etmək lazımdı. Antonio Kontenin komandada gördüyü işlər xoşuma gəlir. Yığmamız indi daha aqressiv futbol sərgiləyir. Əminəm ki, Azərbaycan və Malta ilə oyunlarda 6 xal qazanacağıq".
