9 oktyabr 2014 12:55
Liverpulun müdafiəçisi milli komandamıza qarşı oynamayacaq
Futbol üzrə Xorvatiya yığmasının və İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Deyan Lovren AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oynaya bilməyəcək. Azerisport.az xəbər verir ki, ayağından zədə alan və kəskin ağrıları olan futbolçunun həm Bolqarıstana, həm də millimizə qarşı forma geyə bilməyəcəyi xəbər verilir.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı oktyabrın 13-də Osiekdə keçiriləcək.
