9 oktyabr 2014 12:45
Azərbaycanla oyun Pirlo üçün xüsusi olacaq
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyunu rəqib komandanın ən təcrübəli futbolçusu Andrea Pirlo üçün xüsusi əhəmiyyət kəsb edəcək. Azerisport.az xəbər verir ki, bu futbolçu 2002-ci ildə millidəki debüt matçını məhz Azərbaycana qarşı keçirib.
Bu dəfəki oyun isə onun və komandasının uğursuzluğu ilə başa çatan DÇ-2014-dən sonrakı ilk matçı olacaq. Pirlo bütövlükdə 113-cü matçına çıxmış olacaq.
