9 oktyabr 2014 12:25
Foqts Danimarka klubunun forvardının millimizdə oynamasına razılıq verdi
Azərbaycan yığmasında Danimarka çempionatında iştirak edən türkiyəli hücumçunun oynayacağına dair ehtimalın olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq onun millimizdə oynamasına baş məşqçi Berti Foqts da öz razılığını verib.
Bunu nəzərə alan AFFA rəhbərliyi də bu yöndə müvafiq işlər aparmağa başlayıb. Mümkündü ki, millimizin növbəti toplanışlarında həmin forvardın da adına rast gələk.
Qeyd edək ki, sözügedən hücumçunun adı hələ ki, gizlin saxlanılır.
