9 oktyabr 2014 12:05

"Bakı bəzi komponentlərə görə rəqiblərindən daha üstündü"

Torsten Spittlerin “Bakı”ya idman direktoru təyinatından sonra təcrübəli yerli məşqçi Məqsəd Yaqubəliyev almana köməkçi təyin edildi. Azerisport.az xəbər verir ki, Yaqubəliyev həm Akademiyada əsas koordinator kimi işləri qurur, həm də “Bakı”nın əvəzedici heyətinə rəhbərlik edir. Çempionatda yaranan fasilədən istifadə edərək Məqsəd müəllimlə həm akademiya həm də əvəzedici heyətlə bağlı söhbətləşdik:

- İki aydı ki, yeni mövsümə hazırlıqlar başlayıb. Hazırkı vəziyyətdə akademiyanın işini necə qiymətləndirirsiz?
- Bildiyiniz kimi, maliyyə çətinlikləri səbəbindən komandalarımızın yığışaraq çempionatlara hazırlaşmasında xeyli gecikdik. Futbolda hazırlıqsız komanda üçün çempionata başlamaq çox çətin olur. Sevindirici haldı ki, akademiyamızı təmsil edən komandalar ilk turlarda zəif təsir bağışlasa da, tədricən toparlandılar. Klubun köklü olması, ənənələrə əsaslanmasından irəli gələrək rastlaşdığımız kritik vəziyyətdən çıxmağı bacardı. Bunu ilk olaraq əsas komandamızın ilk oyunları ilə bugünkü çıxışı arasında fərq sübuta yetirir. Biz məşqçilərimizin savadına inanırıq. Hər həftə almaniyalı idman direktorumuzun rəhbərliyi altında məşqçilərin savadının artırılması məqsədi ilə onlara bir sıra mövzularda seminarlar keçirik. UEFA-nın məşqçilərlə bağlı ən son tövsiyyələrini onlara çatdırırıq. Bu, artıq ənənə halını alıb. Bundan başqa hər bir məşqçi öz keçirdiyi məşqlərin təhlilini aparır və bu barədə hesabat verir. Yaş qrupları üzrə bütün məşqlərə ciddi nəzarət edirik. Problemlərimiz da var. Narahat edici məqamlardan biri də uşaqlarımızın məşqlərə məsuliyyətsiz münasibətidi. Bu istiqamətdə tədbirlər görürük.

- Əvəzedicilərdə işləriniz necə gedir? Əsas heyətə yeni namizədlər kimlərdi?
- Əvəzedilərin qarşısında iki vəzifə qoyulub. Birincisi, gənclərin yetişərək əsas heyətdə oynaması, digəri isə əsas heyətdə zədə və ya cəza səbəbindən oyun praktikası olmayan futbolçuların yenidən formaya düşməsi üçün oynamasıdı. Hər iki istiqamətdə işlər sintez halında yerinə yetirilir. Biz nəticəni önə çəkmirik. Əsas qarşıya qoyulan vəzifələrin icrasıdı. İşlər düzgün gedirsə, uğurlu nəticə də mütləq olacaq. Əsas komandaya namizədlərə gəlincə, Umar Akmurzayev, Azamat Qazayev, Yusup Xakimov və Renat Ağaverdiyev yaxın vaxtlarda öz adlarından söz etdirə biləcəklər. Onlar əsas komandaya real namizədlərdi.

- Son turlarda “Bakı” əvvəlcə “Araz Naxçıvan”a, sonra isə iddialı “Simurqa”a qalib gəlməklə Premyer Liqaya layiq klub olduğunu göstərdi. Bu mövsümdən nə gözləmək olar?
- Rəhbərliyin diqqəti nəticəsində “Bakı” gəncləri  futbola bəxş etməkdə davam edir. Ötən turda Mahir Mədətov və Valeh Seyidovun çempionatda debütü bizi çox sevindirdi. Onların arxasınca Ülvi Süleymanov, Nicat Əsgərov, Aydin Mustafazadə və s. gənclərın də tezliklə meydana çıxaraq özlərini göstərəcəklərinə inanırıq. Bu gün “Bakı” fiziki və texniki hazırlıq səviyyəsinə görə heç bir komandadan geri qalmır. İlk turlardan fərqli olaraq komanda bəzi komponentlərdə rəqiblərindən daha üstündü. Unutmayaq ki, onlar bizdən bir ay, ay yarım öncə hazırlıqlara başlamış, əksər klublar isə təlim-məşq toplanışlarını ölkə xaricində keçirmişdilər. Akademiyanın önəmi burada da özünü göstərir.

- Akademiyanın yetirmələrinin bəziləri digər Premyer Liqa klublarında top qovmaqdadı...
- Bu, bizi çox sevindirir. “Simurq”da Vadim Abdullayev və Vüqar Mustafayev, “Qarabağ”da Namiq Ələsgərov, Şəhriyar Əliyev və Hacı Əhmədovun, eləcə də “Xəzər Lənkəran”da çıxış edən Elşən Rzazadənin futbolçu kimi yetişməsində “Bakı”nın xüsusi rolu olub. Türkiyədə çıxış edən Rəhman Hacıyevi də yaddan çıxarmayaq. Digər klublarda da vaxtilə burada çıxış etmiş və ya klubun yetirməsi olmuş futbolçularımız var. Bütün bunlar klubun gənclər siyasətinin, məşqçilərin işinə peşəkar yanaşmalarının, akademiyada işlərin düzgün qurulmasının nəticəsidi. Onların sayı ildən ilə daha da artacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.