9 oktyabr 2014 11:55
AZAL artıq Qəbələdədi
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan komanda bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək.
"Təyyarəçilər" bu gün - oktyabrın 9-da "Qəbələ" ilə qarşılaşacaq. Bu məqsədlə komanda artıq Qəbələyə yollanıb. Ötən gün Qəbələ şəhər stadionunda məşq edən AZAL bu gün saat 16:00-da yoxlama matçında meydana çıxacaq. (klub saytı)
