9 oktyabr 2014 11:25
Ruqani Azərbaycana qarşı oynaya bilməyəcək
İtaliyalı müdafiəçi Daniele Ruqani AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı forma geyə bilməyəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Antonio Konte gənc futbolçunu İtaliyanın U-21 yığmasına göndərib.
Gənclərdən ibarət yığma AÇ-nin pley-off mərhələsi çərçivəsində Slovakiya ilə qarşılaşacaq. Ruqani isə həmin oyunda Alessio Romanyolini əvəzləməlidi.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı sabah keçiriləcək.
