9 oktyabr 2014 11:05
Millimizin açıq məşqi olacaq
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq Azərbaycan millisinin açıq məğqi olacaq. Azerisport.az xəbər verir ki, məşq oktyabrın 10-da İtaliyanın Palermo şəhərindəki “Renzo Barbera” stadionunda keçiriləcək oyundan bir gün öncə baş tutacaq.
Millimizin oktyabrın 9-da, yerli vaxtla 16:00-da “Centro Universitano Sportivo Palermo” stadionunda baş tutacaq məşqin ilk 20 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. (AFFA)
