9 oktyabr 2014 00:55
İtaliya - Azərbaycan matçı üçün 25 000 bilet satılıb
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - Azərbaycan oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 25 000 bilet satılıb.
Amma oyun saatına qədər daha çox biletin satılması gözlənilir.
Qeyd edək ki, oyunun baş tutacağı "Renzo Barbera" stadionu 36 500 azarkeş tutumuna malikdi.
İtaliya - Azərbaycan görüşü oktyabrın 10-da keçiriləcək.
