9 oktyabr 2014 00:25
Millimiz artıq Palermodadı
Futbol üzrə Azərbaycan yığması artıq İtaliyadadı. Azerisport.az xəbər verir ki, komandamız AÇ-2016-nın seçmə mərhələsində qarşılaşacağı bu rəqiblə oyunun keçiriləcəyi Palermoya çatıb.
Qeyd edək ki, millimizin İtaliya ilə oyunu oktyabrın 10-da baş tutacaq. Ayın 11-də isə millimiz Palermodan birbaşa Xorvatiyaya yollanacaq.
