8 oktyabr 2014 17:20

İnter təkzib etdi

Bakının "İnter" klubu bəyanat yayıb. Azerisport.az sizi həmin bəyanatla olduğu kimi tanış edir:

"Bəzi elektron informasiya vasitələrində “İnter” futbol klubunun cari ilin yanvar ayında Türkiyənin Antalya mahalında keçirdiyi təlim-məşq toplanışı zamanı “Titanik Deluxe” otelinə guya borclu qaldığı barədə məlumatlar özünə yer tapmışdır.

“İnter”in rəhbərliyi bəyan edir ki, klubun adı sadalanan otelə hər hansı bir borcu yoxdur. Bunu otelin rəsmi nümayəndəsi də Azərbaycanın aparıcı mətbuat orqanlarından birinə açıqlamasında bildirmişdir. Qeyd etmək yerinə düşərdi ki, belə bir iddia ilə toplanışı təşkil edən AFSS şirkəti çıxış edir, bu şirkət göstərilməyən xidmətlərə görə “İnter” PİK-dən pul tələb edir. “İnter” PİK xüsusilə vurğulayır ki, klub tərəflər arasında imzalanmış müqavilə üzrə maliyyə öhdəliyini tam yerinə yetirmişdir və müqavilədənkənar əlavə  iddia edilən borc məbləğini ödəməkdən imtina etmişdir. Çünki AFSS şirkətinin təqdim etdiyi aktda bir sıra pozuntular aşkarlanmış və iradlarımız qarşı tərəfə çatdırılmışdır. AFSS şirkəti də bir neçə dəfə yeni akt göndərmiş və hər dəfə də aktda müxtəlif borc öhdəliklərinin olduğunu iddia etmişdir. Klubun aktı birgə araşdırılması təklifi AFSS tərəfindən cavabsız qalmış və yekun akt bu günə kimi imzalanmamışdır. Akt araşdırıldıqdan və imzalandıqdan sonra kimin kimə borcu olması bəlli olacaqdır.

“İnter” PİK-in rəhbərliyi AFSS şirkətinin iddialarını  əsassız hesab edir və möhürsüz, eyni zamanda imzasız akt adlı kağız parçasını mətbuata sızdırmaqla “İnter” PİK haqqında mənfi imic yaratmağa çalışır. Klub rəhbərliyi toplanışın xərclərini əhatə edən yekun sənəddən başqa AFSS şirkəti tərəfindən təqdim edilən məbləği əsassız sayır və həmin şirkətin qaldırdığı iddianı “İnter” PİK - “Titanik Deluxe” oteli münasibətləri müstəvisində təqdim etməyə çalışmasını ictimai rəyi çaşdırmağa yönəlmiş cəhd kimi qiymətləndirmək olar.
 
“İnter” PİK həmişə ikitərəfli münasibətlərə önəm verən klub olmuşdur və qardaş Türkiyədə keçirdiyi bütün toplanışlarda maliyyə öhdəliklərini layiqincə yerinə yetirmiş, bundan sonra da yerinə yetirəcəkdir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.