8 oktyabr 2014 17:30
Mahmud Qurbanov: İtaliya həmişə güclü olub
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün İtaliya və Norveç yığmalarının oyununa baxdıq. İtalyanların həmişə güclü komandası olub. Bu komanda mənim oynadığım dövrdə də güclüydü, indi də elədi".
Qeyd edək ki, İtaliya - Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.
