8 oktyabr 2014 17:10
Yığmamız İtaliya səfəri öncəsi problemlə üzləşdi
Futbol üzrə Azərbaycan yığması bu gün Almaniyadan İtaliyaya yollanıb. Azerisport.az xəbər verir ki, komandamız Palermoya 1,5 saat gecikmə ilə yola düşüb.
Buna aeroport işçilərinin səhvi səbəb olub. Nəticədə, yığmamız Frankfurtu xeyli gecikmə ilə tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, yığmamız oktyabrın 10-da Palermoda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığmasının qonağı olacaq.
