8 oktyabr 2014 16:50
Rəşad Sadıqov: İtaliya ilə oyun digərlərindən fərqlənir
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İtaliya ilə oyun digərlərindən fərqlənir. Bu komanda qrupumuzun favoritidi, dünyanın ən güclü yığmalarından biridi. Yaxşı oyun sərgiləməyə çalışacağıq".
