8 oktyabr 2014 16:40
Azərbaycanın İtaliyaya 4 cavabsız qolla uduzacağına inanmıram"
AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində yığmamızın heyətində çıxış etmiş Emin İmaməliyev o dövrdə İtaliyaya qarşı keçirdikləri oyunu xatırlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnanmıram ki, millimiz yenə səfərdə 0:4 hesabıyla uduzsun. Son 11 ildə Azərbaycan futbolu çox artırıb. Yaxşı oyun gözləyirəm. "Qarabağ" italyanlara qarşı oynamağın mümkün olduğunu göstərdi. İtaliya yığması indiki ilə müqayisədə o dövrdə daha güclü idi".
