Arif Əsədov Bertuççinin gedişindən danışdı
Xəbər verdiyimiz kimi, Bruno Bertuççu qarşılıqlı razılaşma əsasında “Neftçi” ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bununla əlaqədar komandanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib:
“Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı. Bertuççi “Neftçi” ilə bərabər bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Bununla belə bizim komandamızda əvəzedilməz futbolçu yoxdu. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odu ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək".
