1-ci divizion klublarının cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub:
Azərbaycan 1-ci divizionunda 5-ci turun “Şəmkir” – “Qaradağ Lökbatan” matçında “Şəmkir”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 65-ci dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.
MOİK – “Göyəzən” matçında “Göyəzən”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyununun 48-ci dəqiqəsində MOİK-in futbolçusu Azər Həbibov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 55-ci dəqiqəsində “Göyəzən”in futbolçusu Elnur Kosayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Zirə” – “Turan-T” matçında “Zirə”nin 5 , “Turan-T”-nin klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
“Şuşa” – “Neftçala” matçının 90-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Mehman Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
1-ci divizionun 2-ci turunun təxirə salınmış görüşü “Turan-T” – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Turan-T”-nin futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Turan-T”-nin futbolçusu Nəsimi Qədirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
