AFFA Bakını cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının 1-ci turunun təxirə salınmış görüşü - “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında da 1-ci turdan təxirə salınmış “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Bu oyunun 78-ci dəqiqəsində “Bakı”nın futbolçusu Ülvi Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
