8 oktyabr 2014 14:40
Azərbaycan yığmasından 20 pilləlik irəliləyiş
Çimərlik futbol üzrə yığma komandaların reytinq siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda xeyli irəliləyib.
Belə ki, millimiz 20 pilləlik sıçrayış sayəsində hazırda 87 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Komandamzın hesabında 289 reytinq xalı var.
Qeyd edək ki, millimiz ötən il 89 ölkə arasında 58-ci olmuşdu.
Reytinq siyahısına Rusiya başçılıq edir (2715 xal). Braziliya ikinci (1880), İsveçrə üçüncüdü (1683).
