Rotan Qarabağla oyunda hər şeyin yaxşı olacağına söz verdi
Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Ruslan Rotan Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycan çempionu "Qarabağ"la oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim "İnter"ə çatmağımız böyük ehtimalla mümkünsüz olacaq. İki tura italyanlar xeyli aralanmış oldular. Görünür, biz ikinci yer uğrunda mübarizə aparmalıyıq. Bizim problemimiz ondadı ki, ən azı iki tur ardıcıl eyni heyətlə oynaya bilmirik. Zədə və cəza səbəbindən tez-tez heyət dəyişməli oluruq. Bu da bizim sabit çıxış etməyimizə problem yaradır. Bir qədər səbrli olmaq lazımdı. Təbii ki, bütün məğlubiyyətlərə, buraxılan qollara görə biz cavabdehlik daşıyırıq. Ona görə bütün günahı hücumçularda axtarmaq lazım deyil. Söz verirəm ki, yaxın zamanda hər şeyi yaxşıya doğru dəyişəcəyik".
