8 oktyabr 2014 13:30
RFİ Azərbaycanla oyundakı qələbəyə görə mükafat verdi
Rusiya yığmasının üzvləri Azərbaycanla yoxlama oyununda qazandıqları 4:0 hesablı qələbəyə görə mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma sentyabrın 3-də keçirilmişdi.
Amma maliyyə problemlərinə görə, Rusiya Futbol İttifaqı həmin mükafatı oyunçulara vaxtında təqdim edə bilməmişdi. Sözügedən mükafat yalnız ötən fün futbolçulara çatdırılıb.
