8 oktyabr 2014 13:10
Dnepr - Qarabağ matçına görə Avroliqanın təqvimində dəyişiklik edildi
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Dnepr"lə "Qarabağ" arasındakı oyuna görə bu turnirin təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Ukraynanın bu turnirdəki digər təmsilçisi "Metallist"in Polşa "Legiya"sı ilə oyunu öncədən oktyabrın 23-də "Lvov Arena"da keçirilməliydi.
Amma sözügedən ölkədəki məlum olaylarla əlaqədar olaraq, bu qarşılaşma da Kiyevə təyin olunub. Həmin gün isə Kiyevdə "Dnepr" "Qarabağ"ı qəbul etməlidi. Ona görə də "Metallist" - "Legiya" qarşılaşması oktyabrın 23-dən 22-nə keçirilib.
