8 oktyabr 2014 13:00

"Azərbaycanın İtaliyada xal qazanması real deyil"

Futbol üzrə Norveç yığmasının qapıçısı Eryan-Hoşold Nyullan azerisport.az saytının suallarını cavablandırıb.

- Yığmadakı debüt matçınızı İtaliyaya qarşı keçirdiz...
- Uduzsaq da, pis alınmadı. Səviyyə fərqi sözünü dedi. Rəqib iki qol vurdu, amma daha çox qol epizodları oldu. Bizim qol epizodlarımız isə onlardan da çox idi. Sadəcə, biz bunları dəyərləndirə bilmədik. Seçmə mərhələyə məğlubiyyətlə başladığımıza görə, Malta ilə qarşılaşmada bizi ancaq 3 xal qane edəcək.

- Oktyabrın 10-da Azərbaycan yığması da İtaliya ilə qarşılaşacaq. Sizcə, bu oyundan nə gözləmək olar?
- Komandanıza çox çətin olacaq. İtaliya çox güclüdü. Onların necə oynadığını sözlə çatdırmaq mümkün deyil. Özü də sizi doğma meydanlarında qəbul edəcəklər. Mən tərəfdən hansısa məsləhət vermək düzgün olmazdı. Sadəcə, rəqibdən çəkinməmək lazımdı. İtaliyalıların güclü olduğunu düşünüb meydana çıxsalar, oyundan öncə uduzmuş olacaqlar.

- Azərbaycan yığması haqda nə bilirsiz? Oyununu izləmisiz?
- Bəli, görmüşəm. Bolqarıstanla ev oyununun videoyazısını izləmişəm. Əvvəlki seçmə mərhələlərdə də bəzi oyunlarınızı görmüşdüm.

- Necə təəssürat yaradıb?
- Pis komanda deyil. Qol vurmağı, müdafiə olunmağı bacarır.

- Azərbaycanlı futbolçulardan kimisə tanıyırsız?
- Xeyr, heç kimi.

- Heyətlə də tanış olmamısız?
- Səhv etmirəmsə, sizin bəzi futbolçularınız Almaniya və Türkiyədə çıxış edirlər.

- Bu, sizi qorxudur?
- (gülür) Qorxudur? Xeyr. Bizim futbolçularımız "Seltik", "Blekbern", "Herta", "Olimpiakos" kimi klublarda çıxış edirlər. Azərbaycan yığması bizdən ehtiyatlanmalıdı (gülür). Əlbəttə, zarafat edirəm. Hər bir komandaya hörmətlə yanaşırıq. Azərbaycan millisi də bizim üçün ciddi rəqibdi.

- Sizcə, millimizin İtaliyada ən azı 1 xal qazanmaq şansı var?
- Real yanaşsaq, yoxdu.

- Sizi noyabrda Bakıya səfər gözləyir...
- Biz hələ Malta ilə oynamalıyıq, ardından Bolqarıstanla çətin oyunumuz var. Bu oyunlardan 6 xalla ayrılmalıyıq. Yalnız belə olan halda Azərbaycana sakit yollana bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.