8 oktyabr 2014 11:35
Millimizdə yeni futbolçu
Azərbaycan futbolunda Almaniyada çıxış edən daha bir futbolçu peyda olub. Azerisport.az xəbər verir ki, bu, Münhenqladbax "Borussiya"sında çıxış edən Bilal Sezerdi.
Sözügedən komandanın ikinci heyətində top qovan və Qərb Regional Liqasında iştirak edən bu futbolçu hələlik, U-21 yığmamıza dəvət olunur. Ötən gün bu futbolçu millimizin "Pirmasens" klubu ilə yoxlama oyununda (4:1) debüt edib və dubla imza atıb.
Xatırladaq ki, gənclərdən ibarət yığmamız da hazırda Frankfurtda təlim-məşq toplanışındadı.
