8 oktyabr 2014 11:15
Cavadov: Bu, Foqtsun qərarıdı, heç nə deyə bilmərəm
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov Türkiyənin "Qaziantep BB" klubunda çıxış edən Vaqif Cavadovun yığma komandamıza dəvət olunmamasını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu qərarla bağlı heç nə deyə bilmərəm. Bu, Berti Foqtsun şəxsi qərarıdı. Nəticələrə də bu şəxs cavabdehdi".
