8 oktyabr 2014 00:23
Emeqara Qarabağa görə Fiorentina və Tottenhemdən imtina edib
"Qarabağ"ın yeni hücumçusu İnnosent Emeqara Ağdam klubuna görə İtaliya "Fiorentina"sı ilə İngiltərə "Tottenhem"indən imtina edib. Azerisport.az xəbər verir ki, bu iki klubla yanaşı "Nyukasl" (İngiltərə), "Frayburq" (Almaniya), "Vest-Hem" (İngiltərə), "Sanderlend" (İngiltərə), "Bernli" (İngiltərə) və "Loryan" (Fransa) da isveçrəli futbolçu ilə yaxından maraqlanırmış.
Amma Emeqara yanvara qədər "Qarabağ"da oynamağı daha üstün tutub.
