7 oktyabr 2014 15:15
İtaliya - Azərbaycan matçı türkiyəli hakimə tapşırıldı
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının İtaliyaya qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı Türkiyədən olan referilər idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Hüseyn Göçek təyin olunub.
Qeyd edək ki, İtaliya - Azərbaycan matşı oktyabrın 10-da Palermoda keçiriləcək və 23:45-də start götürəcək.
