7 oktyabr 2014 15:00
İtaliya - Azərbaycan: Açıq məşq və mətbuat konfanslarının vaxtı açıqlandı
AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Palermo şəhərində keçiriləcək İtaliya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı açıqlanıb. Azerisport.az sizi həmin proqramla tanış edib:
İtaliya milli komandası
9 oktyabr, saat 18:15 – Mətbuat üçün açıq məşq, “Renzo Barbero” stadionu
9 oktyabr, saat 19:45 – Mətbuat konfransı, “Renzo Barbero” stadionu
Azərbaycan milli komandası
9 oktyabr, saat 12:30 – Mətbuat konfransı, NH Palermo Hotel
Qeyd edək ki, saatlar yerli vaxtla göstərilib. Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi barədə məlumat veriləcək. (AFFA)
