7 oktyabr 2014 14:45
Ruslan Əmircanov zədəsindən danışdı
"Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanov zədə səbəbindən yığma komandadan ayrılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmanın məşqi zamanı ayağımda ağrılar hiss etdim. Növbəti məşqlərdə də ağrılar var idi. Yığmanın həkimləri menisk aşkarladılar və mənim yığmada qalmağımın mənasız olduğunu bildirdilər. Ötən gün Bakıda tibbi müayinədən keçdim və millinin həkimlərinin diaqnozu təsdiqləndi. Müalicə təxminən 10 gün davam edəcək. Belə oyunları buraxmağım üzücüdü. Premyer Liqada o qədər oyun keçirmişdim, məşq etmişdim, amma milliyə kömək edə bilmədim. Artıq tez sağalmaq və "Qarabağ"la oyunda meydana çıxmaq istəyirəm".
