7 oktyabr 2014 14:00
Ürfan Abbasov: Foqts nə vaxt lazım bilsə, onda da çağırar
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyuna 3 xal üçün çıxacağıq. Çempionatda iddiamız böyükdü. Ona görə də qələbə qazanmaq istəyirik. "Qarabağ"ın Milandakı oyununa baxmışam. Fikrimcə, komandamız çox layiqli təsir bağışladı. Bizim "Qarabağ"la oyunumuza hələ vaxt var. İndi bütün diqqətlər yığma komandaya yönəlib. Son dövrlər gənclərdən ibarət yığmamızın əsas üzvlərindən birinə çevrilmişdim. Əsas yığmamızda da oynamağı çox istərdim. Amma hazırda hər şey özümdən asılı deyil. Hər şeyə Berti Foqts qərar verir. O, nə vaxt lazım bilsə, onda da çağırar".
