7 oktyabr 2014 00:30
Pirlo Azərbaycanla oyuna çağırıldı
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İtaliya yığmasına yeni futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, "Milan"dan olan Cakoma Bonaventura zədələndiyinə görə, baş məşqçi Antonio Konte onu "Yuventus"lu Andrea Pirlo ilə əvəzləyib.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı oktyabrın 10-da keçiriləcək.
