7 oktyabr 2014 00:20
Xorvatiya Azərbaycanla oyun öncəsi itki ilə üzləşdi
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Xorvatiya seçməsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, bu komandanın müdafiəçisi Şime Vrsalko zədələnib.
"Sassuolo"nun futbolçusunun zədəsi ciddi olduğundan o, qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək. Buna baxmayaraq, baş məşqçi Niko Kovaç onu başqa futbolçu ilə əvəzləmək haqda düşünmür.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı oktyabrın 13-də Osiekdə keçiriləcək.
