7 oktyabr 2014 00:05
Qəbələ Simurqa əvəzləyici tapdı
"Qəbələ" oktyabrın 9-da yoxlama oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, sözügedən komandanın rəqibi "Simurq" olmalı idi.
Amma Zaqatala klubunun rəsmiləri bu oyundan imtina ediblər. Bunun səbəbləri dəqiq bilinmir.
Artıq "Qəbələ" "Simurq"un əvəzində özünə yeni rəqib də tapıb. Bölgə təmsilçisi AZAL-la qarşılaşacaq. Oyun saat 16:00-da start götürəcək.
